Məhəmmədrza Arif bu gün, 9 mart X sosial şəbəkəsində paylaşdığı mesajda İran Milli Paralimpiya Komitəsini Beynəlxalq Qadınlar Günündə qadın idmanını inkişaf etdirən ən yaxşı ölkə kimi mükafata layiq görülməsi münasibətilə təbrik edərək yazıb: “İran Milli Paralimpiya Komitəsinin qadın idmanının inkişafında ən yaxşı ölkə kimi qazandığı Beynəlxalq Qadınlar Günü mükafatı İranın qüruru üçün tarix yazmış iranlı qadınların bacarıq və qətiyyətini nümayiş etdirir.”
Birinci vitse-prezident əlavə edib: “Ölkəmin qadın idmançılarını və bu dəyərli nailiyyətə yol açan əzizləri bu böyük uğur münasibətilə təbrik edirəm.”
Beynəlxalq Paralimpiya Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində İranı paralimpiya idmanının inkişafında dünyanın ən yaxşı ölkəsi kimi təqdim edib.
Sizin rəyiniz